Azərbaycan akrobatları Avropa çempionatında iki qızıl medal qazanıblar
Akrobatika gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci Avropa çempionatında qızıl medal qazanıb.

Onlar balans hərəkətlərində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Bundan başqa, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük temp hərəkətlərində Avropa çempionu olub.

Xəbər 213 dəfə oxundu.