İlk duel sülhlə başa catdı
Dünən gecə bütün dünyanın gözü Madriddə idi. «Santyaqo Beranbeu» arenasında təkcə İspaniya futbolunun deyil, planetin iki böyük nəhəngi üz-üzə gəldi. Xəbər verdiyimiz kimi, 18 gün ərzində 4 dəfə (çempionatdan savayı, ölkə kubokunun finalı və UEFA Çempionlar Liqasının yarımfinalı) görüşəcək bu komandaların Primeradakı dueli «sülh»lə başa çatdı. Hər şey ikinci hissədə həll olundu. 53-cü dəqiqədə argentinalı ulduz Lionel Messi onbirmetrlik nöqtədən qonaqları hesabda önə çıxardı. Cavab topunu isə madridlilərin portuqaliyalı ulduzu Kriştianu Ronaldu vurdu. O da, həmkarı kimi…

Xəbər 840 dəfə oxundu.