«İnter» Samir Abasovdan nəyi tələb etdi?
Topaz Premyer Liqasında 12-ci turu çərçivəsində keçirilmiş «Sumqayıt» - «İnter» görüşündə qalmaqal yaşanıb. İdman.com.az saytının məlumatına görə, gərginlik «bankçılar»ın azarkeşləri ilə ev sahiblərinin kapitanı Samir Abasov arasında yaşanıb.

2-hissədə «şəhərlilər»in müdafiəçisi «İnter»in fanatlarını təhqir etməyə başlayıb. «Beynəlmilləçilər» münaqişənin matçdan sonra da davam etdiyini iddia edir. «İnter»ə təsir edən odur ki, Samir 3 il bu komandanın şərəfini qoruyub və ondan belə bir hərəkət gözləməyib.

«Bankçılar», çox sayda uşaq azarkeşlərin olduğu tribunaya Abasovun «küçə söyüşləri»ni yağdırmasını nəinki «İnter»ə, eləcə də bütün futbol içtimaiyyətinə qarşı hörmətsiz kimi dəyərləndirir.

Belə hərəkətin peşəkar futbolçu üçün yolverilməz sayan «İnter» rəhbərliyi, «Sumqayıt» klubundan kapitanı haqqında ölçü götürməsini xahiş edir. Üstəlik, Samir Abasovdan «İnter»in azarkeşlərindən üzr istəməsi tələb edir.

Xəbər 924 dəfə oxundu.