Emin İmaməliyev sıraya dönüb
Azərbaycan milli komandasının sabiq üzvü Emin İmaməliyev sıraya dönüb. “İnter” – “Kəpəz” oyununda zədə alan futbolçu bu səbəbdən Gəncədə “Bakı”ya qarşı keçirilən matçda iştirak edə bilməmişdi.
Hazırda isə futbolçunun durumu yaxşıdır. O dünənki məşqdə kollektivlə birgə çalışıb. Digər zədəli Nikolay Svejentsev isə dünənki hazırlığı kənardan izləyib.

Xəbər 829 dəfə oxundu.