AFFA-nın təşkilatçılığı ilə növbəti məşqçi kurslarına start verilib | |
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyilə keçirilən “D” kateqoriyalı məşqçi kurslarına start verilib. Qusar Olimpiya İdman Kompleksində keçirilən kursa rayon məktəblərində çalışan fiziki tərbiyə müəllimləri cəlb olunublar. Açılış nitqi ilə çıxış edən AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov iştirakçılara kursun mahiyyəti haqqında ümumi məlumat verib, onlara uğurlar arzulayıb. 24 nəfər müəllimin qatılıdğı kursun ilk günündə AFFA-nın məşqçi kurslarının təlimatçıları İlham Əzizzadə və Dəyanət Əliyev tərəfindən iştirakçılara ilkin futbol bilikləri haqqında məlumat verilib. Qeyd edək ki, kurs 3 gün davam edəcək. |
|
Xəbər 190 dəfə oxundu. |
|
|