“Trabzonspor” baş məşqçisi ilə müqaviləni pozub
Türkiyənin “Trabzonspor” komandası baş məşqçisi Nenad Byelitsa ilə yollarını ayırıb.

Xorvatiyalı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.

Sözləşməyə vaxtından əvvəl xitam verildiyi üçün Qara dəniz təmsilçisi Byelitsaya təzminat ödəyəcək. Məbləğ ilin sonuna kimi baş məşqçinin hesabına köçürüləcək.

Qeyd edək ki, Nenad Byelitsanın “Trabzonspor”la 2025-ci ilin yayına kimi müqaviləsi var idi.

Xəbər 150 dəfə oxundu.