AVRO-2024: İspaniyadan vacib qələbə, Norveç, Albaniya və Kosovo 3 xalı darmadağınla qazanıb | |
AVRO-2024-ün seçmə mərhələsində Vll turun matçlarına start verilib. İlk oyun günündə səkkiz qarşılaşma keçirilib. A qrupunda Şotlandiya millisi səfərdə İspaniyaya, Kipr seçməsi evdə Norveçə uduzub. D qrupunda Latviya Ermənistanı, Türkiyə seçməsi Xorvatiyanı məğlub edib. Yeri gəlmişkən, “ay-ulduzlular” yeni baş məşqçi Vinçentso Montellonun rəhbərliyi altında ilk matçını qələbə ilə başa vurub. E qrupunda Albaniya Çexiyanı darmadağın edib. Polşa isə səfərdə Farer adalarından üstün olub. Nəhayət, İ qrupunda Kosovo Andorranın qapısından 3 cavabsız top keçirib. Rumıniya isə Belarusun müqavimətini qıra bilməyib. Bu qrupun İsrail – İsveçrə oyunu hərbi vəziyyətlə əlaqədar təxirə salınıb. AVRO-2024-ün seçmə mərhələsi VII tur 12 oktyabr A qrupu 22:45. Kipr – Norveç - 0:4 22:45. İspaniya – Şotlandiya - 2:0 Xal durumu: Şotlandiya – 15 xal (6 oyun), İspaniya – 12 (5), Norveç – 10 (6), Gürcüstan – 4 (5), Kipr – 0 (6) D qrupu 20:00. Latviya – Ermənistan - 2:0 22:45. Xorvatiya – Türkiyə - 0:1 Xal durumu: Türkiyə - 13 (6), Xorvatiya – 10 (5), Ermənistan – 7 (6), Uels – 7 (5), Latviya – 3 (6) E qrupu 22:45. Albaniya – Çexiya - 3:0 22:45. Farer adaları – Polşa - 0:2 Xal durumu: Albaniya – 13 (6), Polşa - 9 (6), Çexiya – 8 (5), Moldova – 8 (5), Farer adaları – 1 (6) İ qrupu 22:45. Andorra – Kosovo - 0:2 22:45. Belarus – Rumıniya - 0:0 Xal durumu: İsveçrə - 14 (6), Rumıniya – 13 (7), İsrail – 11 (6), Kosovo – 7 (7), Belarus – 5 (7), Andorra – 2 (7) |
|
Xəbər 174 dəfə oxundu. |
|
|