“Trabzonspor” klubunun yeni baş məşqçisi müəyyənləşib
Türkiyənin “Trabzonspor” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Bu vəzifəyə Abdullah Avcı təyin olunacaq.

Superliqa təmsilçisi ilə anlaşan 60 yaşlı mütəxəssis oktyabrın 12-də Trabzona gedərək, rəsmi müqaviləyə imza atacaq. Hələlik sözləşmənin detalları açıqlanmayıb.

O, bu vəzifədə yenicə istefaya göndərilmiş Nenad Byelitsanı əvəzləyəcək.

Qeyd edək ki, daha əvvəl 2020-cı ilin noyabrından 2023-cü ilin mart ayınadək “Trabzonspor”a başçılıq etmiş Abdullah Avcı bu müddət ərzində komandası ilə həm Superliqanın, həm də ölkə Superkubokunun qalibi olub.

Xəbər 145 dəfə oxundu.