A qrupunda “Anji” “Liverpul”la qarşılaşacaq
UEFA Avropa Liqasında bu gün A qrupunda “Anji” “Liverpul”la qarşılaşacaq. Komandaların İngiltərədə keçirdikləri oyun meydan sahiblərinin minimal hesablı qələbəsiylə başa çatmışdı.
Əsas diqqəti İngiltərə premyer-liqasına yönəldən “Liverpul”un baş məşqçisi Brendan Rocersin əsasə heyətin 10 futbolçusunun adını matçın iştirak ərizəsinə salmayıb: Stiven Cerrard, Luis Suares, Co Allen, Daniel Agger, Martin Şkrtel, Xose Enrike, Nuri Şahin, Qlen Conson, Pepe Reyna və Rahim Sterlinqdi.
Buna başmayaraq, şimali irlandiyalı mütəxəssis rəqibə hörmətlə yanaşdıqlarını bildirib: “Əsas heyətin bəzi futbolçularını bura gətirməməyimiz “Anji”yə zəif rəqib kimi baxmağımız anlamına gəlməməlidi. Sadəcə, təqvim sıxdı, seçimim isə çox deyil. Oyuna gəlincə, “Anji”nin qarşısını almaq üçün əsasən Etonun əl-qolunu bağlamalıyıq”.
Qeyd edək ki, Mahaçqala klubunun baş məşqçisi Quus Hiddink mətbuat konfransında iştirak edə bilməyib. Buna səbəb hollandiyalı mütəxəssisin yaxın dostunun dünyasını

Xəbər 969 dəfə oxundu.