“Neftçi”nin zədəli futbolçusunun durumuna aydınlıq gəlib
Zədə səbəbindən Azərbaycan milli komandasının düşərgəsindən ayrılan “Neftçi”nin futbolçusu Eddi İsrafilovun durumuna aydınlıq gəlib.

“Ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında təcrübəli yarımmüdafiəçinin iki həftə müalicə alacağını bildirib.

“Eddi “Qarabağ”la oyunda zədə alıb. Epizodların birində ona qarşı kobudluq zamanı yıxılarkən bud əzələsində dartılma baş verib. Hazırda ağrıları var. Təxminən iki həftəlik müalicədən sonra əvvəlcə fərdi, daha sonra komanda ilə məşqlərə başlayacaq”, - deyə baş həkim bildirib.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyunu qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 109 dəfə oxundu.