Futbol üzrə 2032-ci il Avropa çempionatı Türkiyə və İtaliyada keçiriləcək | |
Futbol üzrə 2028 və 2032-ci il Avropa çempionatlarına ev sahibliyi edəcək ölkələr açıqlanıb. AVRO-2028 Böyük Britaniya və İrlandiyada, AVRO-2032 isə Türkiyə və İtaliyada təşkil olunacaq. 2028-ci ildəki turnirin matçları Belfast, Birmingem, Kardiff, Dublin, Qlazqo, Liverpul, London, Mançester və Nyukasl şəhərlərindəki müvafiq stadionlarda oynanılacaq. Qeyd edək ki, 2024-cü il Avropa çempionatı Almaniyada keçiriləcək. |
|
Xəbər 100 dəfə oxundu. |
|
|