Dünyaca məşhur futbolçu 32 yaşında karyerasını bitirib
Belçika millisinin və İspaniyanın “Real Madrid” komandasının sabiq yarımmüdafiəçisi Eden Azar peşəkar karyerasını başa vurub.

Ulduz oyunçu 32 yaşında futbolla vidalaşıb. O, qərarını sosial şəbəkə hesabında açıqlayıb.

“Doğru zamanda “dur” deməyi bacarmalısınız. 16 illik karyeramdan və oynadığım 700-dən çox matçdan sonra peşəkar karyeramı bitirmək qərarına gəldim”, - deyə E. Azar yazıb.

Qeyd edək ki, Son klubu “Real Madrid” olan Eden Azar karyerası ərzində Fransanın “Lill” və İngiltərənin “Çelsi” komandalarında da çıxış edib.

Xəbər 102 dəfə oxundu.