Dimitrios Sialmas “Xəzər Lənkəran”ın heyətində növbəti dubluna imza atıb
Dimitrios Sialmas “Xəzər Lənkəran”ın heyətində növbəti dubluna imza atıb. Topaz Premyer Liqasının XII turunda “Rəvan”ın qapısına 2 qol vuran yunan futbolçu bundan əvvəlki ev oyununda da eyni uğura imza atmışdı.
Cəmi 8 gün əvvəl Lənkəran şəhər stadionunu 2 qolla ayağa qaldıran Sialmas ardıcıl 2-ci dəfə qonaqlara qənim kəsildi. Dimitrios mövsümdə özünün 2-ci, komandasının 3-cü dubluna imza atdı. Belə ki, ondan başqa Adrian Skarlatake də 2012/13 mövsümündə dubl gerçəkləşdirib.
“Xəzər Lənkəran”ın 8 illik tarixində 64-cü dublun müəllifi olan Sialmas 15-ci futbolçudur ki, bunu ən azı 2 dəfə bacarıb. Belə ki, dubl edən 34 oyunçudan 19-u cəmi 1 dəfə buna nail olub. Bu 64 dubldan 43-ü Premyer Liqada, 18-i ölkə kuboku, 3-ü isə Birlik kubokunda qeydə alınıb:
Zaur Ramazanov – 8 (2-si kubokda), Vüqar Nadirov – 5 (4-ü kubokda), Samir Əliyev – 4 (1-i kubokda), Allan Lalin, Edmand Ntiamoa – hər ikisi 3, İvan Svetkov – 3 (1-i kubokda), Rahid Əmirquliyev – 3 (1-i Birlik kubokunda), Emin Quliyev, Oqtay Dərəlioğlu, Romulo Silvano, Dmitrios Sialmas – hamısı 2, Ceyhun Sultanov, Rəşad Abdullayev – hər ikisi 2(1-i kubokda), Klaudianu Radukanu – 2 (2-si kubokda), Mario Souza – 2 (1-i Birlik kubokunda), Alim Qurbanov, Bəxtiyar Musayev, Branimir Subaşiç, Elvin Beqiri, Eder Bonfim, Emeka Opara, Əhməd Dursun, Xaqani Məmmədov, Paşa Əliyev, Uinston Parks, Yakuba Bamba, Adrian Skarlatake – hamısı 1, İlqar Qurbanov, Junior Osvaldo, Katalin Doman, Mahmud Qurbanov, Marinko Petkoviç, Robert İlyeş – hamısı 1 (1-i kubokda), Nadir Nəbiyev – 1 (1-i Birlik kubokunda).

Xəbər 875 dəfə oxundu.