Zlatan İbrahimoviç 2 oyunluğa cəzalanıb
PSJ-nin hücumçusu Zlatan İbrahimoviç 2 oyunluğa cəzalanıb. İsveçli futbolçu Fransa çempionatının ötən turunda “Sent-Etyen”lə görüşdə qırmızı vərəqə almışdı. Beləliklə, İbra “Monpelye” və “Nitsa”ya qarşı oynamayacaq.
Eyni aqibət “Valensiya”nın baş məşqçisi Maurisio Pelleqrinonun da başına gəlib. “Atletiko” ilə matçda hakimə kəskin şəkildə etirazını bildirdiyi üçün texniki zonadan qovulan argentinalı mütəxəssis 2 oyunluğa cəzalanıb

Xəbər 835 dəfə oxundu.