Messi: "Top qapı xəttini keçmək istəmirdi"
"Barselona" klubunun hücumçusu Lionel Messi dünən keçirilən "Seltik"lə oyun haqda danışıb.

Ulduz futbolçu topun heç cür qapı xəttini keçmək istəmədiyini bildirib:

"Dünən iki həftə öncə "Nou Kamp"da baş tutan ilk görüşdən daha yaxşı oynadıq. Lakin top qapı xəttini keçmək istəmirdi. Rəqib müdafiəyə qapanır və əks hücumlarda çox təhlükəli oynayırdılar. Üstəlik rəqibin qapıçısı fantastik qurtarışlar etdi. Vurduğum qol da heç nəyi dəyişmədi. Nəticədə məğlub olduq. Artıq qarşıdakı oyunlara baxacağıq".

Qeyd edək ki, "Barselona" Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində səfərdə "Seltik"ə 1:2 hesabı ilə məğlub olub.

Xəbər 951 dəfə oxundu.