Ə.Ə. Məmmədova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və idmanın inkişafında xidmətlərinə görə Ələkbər Əmir oğlu Məmmədova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilsin.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 noyabr 2012-ci il.

Xəbər 1434 dəfə oxundu.