“Qarabağ”ın legioneri Liviya və Serbiya yığmaları ilə oyunlara dəvət alıb | |
Monteneqro millisinin Liviya ilə yoldaşlıq oyunu və Serbiyaya qarşı AVRO-2024-ün seçmə mərhələ matçı üçün heyəti açıqlanıb. Yığmanın baş məşqçisi Miodraq Raduloviç qarşıdakı görüşlər üçün 27 futbolçuya dəvət göndərib. Onların arasında “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç də var. 28 yaşlı yarımmüdafiəçidən fərqli olaraq, Ağdam təmsilçisinin digər monteneqrolu oyunçusu Marko Veşoviç zədəli olduğu üçün milli komandadan kənarda qalıb. Qeyd edək ki, Monteneqro yığması oktyabrın 14-də Liviya ilə, 17-də isə Serbiya ilə qarşılaşacaq. |
|
Xəbər 131 dəfə oxundu. |
|
|