Bakıda kəmər güləşi üzrə III Avropa çempionatı ilə əlaqədar görüş keçirilib
Azərbaycanın ev sahibliyi etdiyi kəmər güləşi üzrə III Avropa çempionatı ilə əlaqədar məşqçilərin və ölkələrin nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib.

Milli Gimnastika Arenasında keçirilən görüşdə yarışın təşkilatçıları olan Gənclər və İdman Nazirliyinin, Beynəlxalq Kəmər Güləşi Federasiyasının, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının (AMİNA), Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nümayəndələri də iştirak ediblər.

Tədbirdə federasiyaların prezidentləri, nümayəndələri, məşqçiləri və hakimlər iştirakçılara uğurlar arzulayıblar.

Avropa çempionatı oktyabrın 4-dək davam edəcək.

Xəbər 171 dəfə oxundu.