Karyerasını bitirən Azərbaycan cüdoçuları ilə görüş keçirilib
Azərbaycanın karyerasını başa vuran cüdoçuları ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Böyük dəbilqə” turniri çərçivəsində görüş keçirilib.

Tədbirdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli idmanla vidalaşan Rüstəm Orucov, Orxan Səfərov və Məhəmmədəli Mehdiyevə mükafat və hədiyyələri təqdim edərək ürək sözlərini çatdırıb.

Sonra cüdoçuların qazandıqları nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.

Xəbər 116 dəfə oxundu.