Azərbaycanın daha üç güləşçisi dünya çempionatında mübarizəyə başlayır | |
Bu gün Azərbaycanın daha üç yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında mübarizəyə başlayacaq. Nihat Məmmədli (60 kiloqram), Ülvü Qənizadə (72 kiloqram), Arif Niftullayev (97 kiloqram) rəqibləri ilə üz-üzə gələcəklər. 60 kiloqram 1/16 final Nihat Məmmədli – Kevin De Armas (Kuba) 72 kiloqram 1/8 final Ülvü Qənizadə - Ankit Gulia (UWW)/Hovard Yorqensen (Norveç) 97 kiloqram 1/16 final Arif Niftullayev – Mindauqas Venkaytis (Litva) Bu gün həmçinin üç yunan-Roma güləşçimizin qızıl medal qazanmaq şansı var. Eldəniz Əzizli (55 kiloqram) finalda Gürcüstan idmançısı Nuqzari Tsurtsumia, Rafiq Hüseynov (82 kiloqram) İrandan olan Əlirza Mohmadipiani, Sənan Süleymanov (77 kiloqram) isə qırğızıstanlı Akjol Mahmudov ilə xalça üzərinə çıxacaqlar. |
|
Xəbər 107 dəfə oxundu. |
|
|