Azərbaycan Stolüstü tennisçiləri “WTT Youth Contender” turnirində daha 4 medal qazanıb
Stolüstü tennisçilərimiz Gürcüstanın Batumi şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində növbəti mükafatları qazanıblar.

Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, qarışıq-qoşa yarışlarda Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi ilə Ləman Abdulhəmidova və belçikalı Tom Klosset cütü yalnız finalda uduzaraq gümüş medal qazanıb. Aylin Əsgərova ilə Hüseyn Eylazov, Zemfira Mikayılova ilə türkiyəli həmkarı Məhəmməd Ataqul isə bürünc mükafata layiq görülüb.

Xatırladaq ki, idmançılarımız yarışın ilk günlərində daha 5 bürünc medal qazanmışdılar. Maraqlı məqamlardan biri də odur ki, stolüstü tennisçilərimiz yarış ərzində qarşılaşdıqları 8 erməni idmançısı üzərində inamlı qələbə çalıblar.

Sabah seçmə komandamızın üzvləri Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə və Tunar Bağırov şəxsi yarışlarda mübarizəyə qatılacaq.

Xəbər 134 dəfə oxundu.