“Qalatasaray” üzücü xəbərlə üzləşib
Bu gün Çempionlar Liqasında Rumıniyada “Kluj”un qonağı olacaq “Qalatasaray” üzücü xəbərlə üzləşib. Dünənə qədər bu görüşdə iştirakı sual altında olan “Kluj”un iki aparıcı oyunçusu – Sougou və Bastosun İstanbul təmsilçi ilə görüşdə meydana çıxacaqları bəlli olub.
Qeyd edək ki, “Kluj”un baş məşqçisi Paulo Sergio adları çəkilən futbolçuların zədələrini sağaltdıqlarını və “Qalatasaray”la matçda əsas heyətdə yer alacaqlarını bildirib.

Xəbər 1028 dəfə oxundu.