Avropa Superfinalı: Çimərlik futbolu üzrə Azərbaycan millisi ilk oyunda qələbə qazanıb | |
Çimərlik futbolu üzrə Azərbaycan millisi İtaliyanın Alghero şəhərində təşkil olunan Avropa Superfinalında ilk oyununu keçirib. Yığmamız Türkiyə kollektivi ilə qarşılaşıb. Matçın əsas vaxtı 5:5 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan Azərbaycan millisi (3:1) yekunda qələbə qazanıb. Qeyd edək ki, yığmamız turnirdə növbəti matçını sentyabrın 20-də Rumıniya komandasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 12:15-də başlayacaq. |
|
Xəbər 48 dəfə oxundu. |
|
|