Azərbaycan idmançısı Avrasiya çempionatında birinci yer tutub
Rusiyanın Moskva şəhərində atçılığın dresaj növü üzrə cavan atların Avrasiya çempionatı keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yarışda ölkəmizi Aydın Əlibəyov təmsil edib.

O, bütün rəqiblərini geridə qoyaraq mütləq çempion adını qazanıb.

Qeyd edək ki, A. Əlibəyov yarışda 6 yaşlı “Reverie” və 7 yaşlı “So Classi CG” atları ilə mübarizə aparıb.


Xəbər 214 dəfə oxundu.