Azərbaycan Cüdo Federasiyasının daha bir hakimi “A” kateqoriyası alıb
Kanadanın Alberta əyalətinin Kalqari şəhərində Beynəlxalq Cüdo Federasiyası (BCF) tərəfindən “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim statusunun alınması üçün imtahan keçirilib.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, imtahanda qurumun hakimlər heyətinin üzvü Akif Tahirov da iştirak edib.

Əvvəlcə hakimlərdən nəzəri hissəyə dair imtahan götürülüb. Ədalət təmsilçiləri daha sonra 15-17 sentyabrda keçirilmiş böyüklər arasında Pan-Amerika və Okeaniya çempionatında görüşləri idarə edərək praktiki imtahan veriblər. Hər iki imtahanı yüksək nəticə ilə keçən Akif Tahirov “A” kateqoriyalı hakimlik lisenziyası əldə edib.

Xəbər 163 dəfə oxundu.