Rivaldo Afrikanı tərk edib
Son iş yeri Anqolanın “Kabuşkorp” klubu olan Rivaldo Afrikanı tərk edib. Oktyabrda aldığı ciddi zədədən sonra braziliyalı ulduz rəsmi internet səhifəsində bunları yazıb:
“Gedirəm. Bu gün tərk etdiyim Anqola həmişə ikinci evim olaraq qalacaq. Belə ölkədə bir il keçirdiyim üçün Tanrıya minnətdaram. Anqolada iz qoyub getdiyim üçün şadam. Kilsənin inşasına maliyyə dəstəyi verməklə anqolalılara sevgimi göstərdim və bundan sonra da əlaqələrimizin davam edəcəyinə inanıram”.
Maraqlıdı ki, “sambaçı” karyerasını bitirib-bitirməyəcəyi ilə bağlı heç bir informasiya verməyib.
Karyerası ərzində 14 klubda forma geyən 40 yaşlı Rivaldo “Kabuşkorp”a “San Poulo”dan gəlmişdi. Anqolada 21 matça çıxan Riva 11 qola imza atmağa imkan tapıb.

Xəbər 1839 dəfə oxundu.