“Qarabağ”ın futbolçusu: Avropa Liqasında ilk hədəfimiz qrup mərhələsini adlamaqdır | |
İlk hədəfimiz qrupu ikinci pillədə tamamlayıb növbəti mərhələyə vəsiqə qazanmaqdır. Bu sözləri “Qarabağ”ın futbolçusu Abdullah Zubir komandasının UEFA Avropa Liqasındakı hədəfləri ilə bağlı Fransa mətbuatına açıqlamasında deyib. Qrupdakı şansları da dəyərləndirən 32 yaşlı hücumameyilli yarımmüdafiəçi Almaniyanın “Bayer” komandasının favorit olduğunu bildirib: “Bizi bu komanda ilə maraqlı oyunlar gözləyir. “Molde” və “Hekken” tanınmış klublarıdır. Onlar da bizim kimi daim avrokuboklarda oynamağa öyrəşiblər”. Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsində ilk oyununu sentyabrın 21-də Bakıda Norveçin “Molde” komandasına qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:45-də başlayacaq. |
|
Xəbər 138 dəfə oxundu. |
|
|