Fransanın aşağı yaş qrupları üzrə yığmalarının sabiq futbolçusu Azərbaycanda oynayacaq
“Araz-Naxçıvan” komandası heyətinə daha bir legioner futbolçu qatıb.

Klubdan verilən məlumata görə, Naxçıvan təmsilçisi fransalı hücumameyilli yarımmüdafiəçi Aksel Nqando ilə anlaşıb.

30 yaşlı vinger artıq Bakıdadır. Tibbi müayinədən keçən futbolçu ilə imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

Təcrübəli oyunçu müxtəlif illərdə Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış edib. Klub karyerası zəngin olub futbolçu ölkəsinin “Renn”, “Oser”, “Anje” və “Bastiya” klubları ilə yanaşı, Türkiyənin “Göztəpə” komandasında də özünü sınayıb.

Qeyd edək ki, yarımmüdafiəçinin son klubu Fransada “Qrenobl” olub.

Xəbər 98 dəfə oxundu.