Futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib
DÇ-2024-ün elit-raund mərhələsində sentyabrın 20-də Bakı İdman Sarayında Niderland yığması ilə qarşılaşacaq Azərbaycan millisi hazırlığını bərpa edib.

Federasiyadan verilən məlumata görə, heyətdə zədəli və cəzalı futzalçı yoxdur.

Amma iki gün əvvəl Rumıniyaya məğlub olan komandada dəyişiklik edilib. İsa Atayev heyətdən kənarlaşdırılıb, əvəzində Maneka millinin düşərgəsinə cəlb edilib. Hücumçu hazırda Macarıstanın “Studio Futsal Nyiregyhaza” klubunda çıxış edir.

Qeyd edək ki, sentyabrın 20-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Niderland matçı saat 18:30-da başlayacaq və “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq.

Xəbər 92 dəfə oxundu.