Azərbaycan Premyer Liqası: “Səbail” “Kəpəz”ə qalib gəlib
Azərbaycan Premyer Liqasında VI turun oyunları davam edir.

Günün ilk matçında “Kəpəz”lə “Səbail” Gəncədə üz-üzə gəliblər.

“Dənizçilər” erkən qolla hesabı açıblar. 2-ci dəqiqədə Yusif Nəbiyev fərqlənib. Oyunun 16-cı dəqiqəsində Pana, 54-cü dəqiqədə isə Aleksandor Ramalinqom rəqibin qapısına yol taparaq səfərdə 3:0 hesablı qələbə qazanıb.

“Səbail” 10 xalla müvəqqəti olsa da, ikinci pilləyə yüksələ bilib. "Kəpəz" isə 4 xalla 9-cu sıradadır.

Qeyd edək ki, turun ilk matçında "Zirə" "Sumqayıt"ı 1:0 hesabı ilə üstələyib. "Turan Tovuz" - "Qəbələ" və "Qarabağ" - "Sabah" oyunları sentyabrın 17-də baş tutacaq.

Xəbər 91 dəfə oxundu.