Romario həyat yoldaşını dəyişir
Braziliya futbolunun əfsanələrindən Romario 12 illik ailə həyatından sonra model xanımı İzabell Betankurla boşanıb. İdman.com.az saytının məlumatına görə, futbolçu artıq keçmiş xanımı ilə yaşadığı mənzili tərk edib. Onların iki övladı var.

Ayrılığa səbəb Romarionun yeni sevgisidi. Kibela Ribeyro 1994-cü ilin dünya çempionundan 19 yaş kiçikdi. Romario onunla münasibətlərini gizlətmirdi. Model olan bu xanımın yaxın vaxtlarda Romario ilə ailə qurması gözlənilir.

Romario hazırda siyasi həyatdadı. 2010-cu ildə yerli sosialist partiyasının Rio de Janeyroda deputatı seçilib. O, 2 il sonra Braziliyada keçiriləcək dünya çempionatını daim tənqid atəşinə tutur. Belə ki, turnirin təşkilinə məsul şəxsləri rüşvətxorluqda və çirkli pulların yuyulmasında ittiham edir.

Xəbər 1039 dəfə oxundu.