Dünya Qadın Seriyası: “Neftçi"nin qrup oyunları yekunlaşıb
Monqolustanın paytaxtı Ulan-Bator şəhərində keçirilən 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının final mərhələsində, "Neftçi" nin qrup oyunları yekunlaşıb.

Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, təmsilçimiz “Neftçi” B qrupunun ilk görüşündə ABŞ millisinə 13-16, ikinci oyunda Çin millisinə 10-21 hesabı ilə məğlub olsa da, sonuncu oyununda "Yuanda" (Çin) klubuna 16-12 hesabı ilə qalib gələrək qrup üçüncüsü kimi “play-in”ə vəsiqə qazanıb.

Bu mərhələdə “Neftçi”nin rəqibi Fransa millisi olacaq.

Qarşılaşma sentyabrın 17-də Bakı vaxtı ilə saat 11:25 -də baş tutacaq.

Xəbər 124 dəfə oxundu.