“Qarabağ” klubu ispaniyalı futbolçu ilə yollarını ayırıb | |
“Qarabağ” komandası futbolçusu Qaspar Panadero ilə yollarını ayırıb. Klubun mətbuat xidmətindən verilən məlumata görə, ispaniyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 26 yaşlı oyunçu 2021-ci ilin yayında Ağdam təmsilçisi ilə 3 illik sözləşmə imzalamışdı. Qeyd edək ki, Qaspar Panadero zədə səbəbindən uzun müddət komandaya kömək edə bilməyib. Daha sonra heyətə düşməkdə çətinlik çəkən futbolçu əvəzedici komandaya göndərilib. |
|
Xəbər 62 dəfə oxundu. |
|
|