Bu gün Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha iki oyunu keçiriləcək.

Günün ilk matçı Gəncədə olacaq. Beş turdan sonra dörd xalla doqquzuncu pillədə qərarlaşan “Kəpəz” komandası yeddi xalla altıncı sırada yer alan “Səbail”i qəbul edəcək. Saat 16:00-da başlayacaq matçın baş hakimi Rəvan Həmzəzadə olacaq.

Komandalar bunadək ölkə çempionatında səkkiz dəfə qarşılaşıblar. Bunların üçündə Gəncə təmsilçisi, dördündə isə Bakı klubu qələbə qazanıb. Topların nisbətində də “dənizçilər” öndədir – 11:10.

“Səbail” “Kəpəz”lə son üç səfər görüşündə xal qazana bilməyib. “Sarı-göylər” isə evdəki bütün qarşılaşmalarda qol vurub.

Günün son oyununda “Neftçi” “Dalğa Arena”da “Araz-Naxçıvan”la üz-üzə gələcək. Matçı İnqilab Məmmədov idarə edəcək. Hazırda paytaxt təmsilçisi səkkiz xalla üçüncü, Naxçıvan klubu isə yeddi xalla yeddinci pilləni tutur.

Bu, komandaların Premyer Liqada öz aralarında keçirəcəyi beşinci qarşılaşma olacaq. Əvvəlki dörd oyunun üçü “ağ-qaralar”ın xeyrinə, biri heç-heçə ilə başa çatıb.

“Araz-Naxçıvan” indiyədək rəqibinə qol vura bilməyib. “Neftçi” qalib gəldiyi matçlarda böyükhesablı qələbə qazanıb.

Azərbaycan Premyer Liqası

VI tur

16 sentyabr (şənbə)

16:00. “Kəpəz” – “Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Şirmamed Mamedov, Rövşən Rəcəbov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Erkin Hüseynov

Gəncə şəhər stadionu.

18:00. “Araz-Naxçıvan” – “Neftçi”

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Kamran Bayramov, Əli Əliyev

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Eldəniz Musayev

“Dalğa Arena”.

Qeyd edək ki, turun açılış oyununda “Zirə” klubu doğma meydanda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. Tura sentyabrın 17-də keçiriləcək “Turan Tovuz” – “Qəbələ” və “Qarabağ” – “Sabah” matçları ilə

Xəbər 100 dəfə oxundu.