DÇ-2024: Futzal üzrə millimiz seçmə mərhələyə məğlubiyyətlə başlayıb
Futzal üzrə Azərbaycan milli komandası DÇ-2024-ün elit-raund mərhələsində ilk oyununu keçirib.

A qrupunda yer alan Vitali Borisovun baş məşqçisi olduğu millimiz səfərdə Rumıniya yığması ilə qarşılaşıb.

Sloveniyalı referi Admir Zahoviçin idarə etdiyi qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, millimiz qrupdakı ikinci oyununu sentyabrın 20-də Bakıda Niderlanda qarşı keçirəcək.

Xəbər 102 dəfə oxundu.