Qalatasarayın ilk transferi
«Qalatasaray» forması ilə liqada oynadığı 9 matçda 8 qola imza atan Ümid Buludun hüquqlarının tam alınması üçün işlərə başlanılıb. İdman.com.az saytının məlumatına görə, mövsümün əvvəlində «Tuluza»dan icarəyə götürülən futbolçunun yanvar ayında fransızlardan alınması gündəmə düşüb.

Futbolçunun «Tuluza» ilə müqaviləsi 2014-cü ilədəkdir. İstanbullular qarşı tərəfə haradasa 2-3 milyon ödəməyi düşünürlər. Ümid hazırda «Qalatasaray»da illik 1 milyon 250 min avro, hər oyuna görə isə 10 min avro alır. Futbolçunun maaşında yüksək artım ediləcəyi də gözlənilir.

Klub rəhbəri Unal Aysal da «Umutu almaq istəyirik və böyük ehtimalla alacağıq» söyləyib.

Xəbər 1024 dəfə oxundu.