Azərbaycanın MMA döyüşçüsü: Komandamızda motivasiya yüksək səviyyədədir
Rəqibim Castin Skoqqins kifayət qədər güclü idmançıdır. Demək olar ki, döyüşçülərimizin heç birinə zəif rəqib düşmədi.

Bu sözləri açıqlamasında Azərbaycanın MMA döyüşçüsü Mehman Məmmədov noyabrın 4-də Bakıda “Rizin” çərçivəsində təşkil olunacaq "Landmark 7" turniri ilə bağlı danışarkən deyib.

O, yarışa ciddi hazırlaşdıqlarını bildirib: “Gücümüzü artırmaq üçün məşqlərə davam edirik. Hazırlıq iki mərhələdən ibarətdir. İlk mərhələni uğurla yekunlaşdırdıq. Taktiki mərhələ ABŞ-da olacaq. Özümüzü yaxşı hiss edirik, hər birimiz formadayıq. Yarışın startına yaxın daha güclü olacağıq. Komanda daxilində motivasiya yüksək səviyyədədir. Ölkəmizdə vuruşacağıq, ona görə də uduzmaq barədə düşünmürük”.

Qeyd edək ki, “Landmark 7” turniri Milli Gimnastika Arenasında təşkil olunacaq.

Xəbər 118 dəfə oxundu.