Tofiq Musayev: Əminliklə deyə bilərəm ki, zəfər bizim olacaq
Döyüşlərə yüksək səviyyədə hazırlaşırıq. Təlim-məşq toplanışının növbəti mərhələsi ABŞ-da olacaq. Hazırlıqlara orada davam edəcəyik.

Bu sözləri açıqlamasında Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev noyabrın 4-də Bakıda “Rizin” çərçivəsində keçiriləcək “Landmark 7” turniri ilə bağlı danışarkən deyib.

34 yaşlı idmançı bildirib ki, doğma azarkeşlər önündə təşkil olunacaq yarışa ideal formada çıxacaqlar: “Turnirə bir aydan çox vaxt var. Düşünürəm ki, tam hazır olacağıq. Yalnız qələbə barədə düşünürük. Turnirin ölkəmizdə keçirilməsinə baxmayaraq, hər birimizə çətin və güclü rəqib düşüb. Vətəndə vuruşmaq böyük məsuliyyət tələb edir. İdmançılarımıza uğurlar arzu edirəm. Əminliklə deyə bilərəm ki, zəfər bizim olacaq”.

Xəbər 121 dəfə oxundu.