Azərbaycan Premyer Liqasının ən dəyərli “onbirliy”i bəlli olub
Futbol üzrə Azərbaycan Premyer Liqasında cari mövsümün ən dəyərli “11-liy”i bəlli olub.

Siyahıda “Neftçi”dən beş, “Qarabağ”dan dörd, “Sabah”dan isə iki futbolçu yer alıb.

“11-liy”in ən dəyərli oyunçusu “Neftçi”nin hücumçusu Andre Şinyaşikidir. İkinci sırada braziliyalı sağ cinah forvardının komanda yoldaşı və həmyerlisi Yuri Matias qərarlaşıb. “Qarabağ”ın qapıçısı Andrey Lunyov isə üçüncü pillədə yer alıb.

Premyer Liqanın ən dəyərli “11-liy”I aşağıdakı kimidir:

Qapıçı: Andrey Lunyov (“Qarabağ”, 1 200 000 avro)

Müdafiəçilər: Yuri Matias (“Neftçi”, 1 800 000 avro), Ervin Koffi (“Neftçi”, 900 000 avro), Maruan Hadudi (“Sabah”, 850 000 avro), Elvin Cəfərquliyev (“Qarabağ”, 750 000 avro)

Yarımmüdafiəçilər: Emin Mahmudov (“Neftçi”, 1 400 000 avro), Yassin Benzia (“Qarabağ”, 1 000 000 avro), Reziuan Mirzov (“Neftçi”, 1 000 000 avro), Leandro Andrade (“Qarabağ”, 900 000 avro)

Hücumçular: Andre Şinyaşiki (“Neftçi”, 3 000 000 avro), İshak Belfodil (“Sabah”, 1 700 000 avro)

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümü üçün yay transfer pəncərəsi sentyabrın 5-də bağlanıb.


Xəbər 96 dəfə oxundu.