Ruslan Əfəndiyev: MMA idmançılarımız Bakıdakı yarışa çox yaxşı hazırlaşırlar
Tələbələrimin qələbə qazanacağına inanıram. Komandamız olduqca güclüdür. Döyüşçülərimiz Bakıdakı yarışa çox yaxşı hazırlaşırlar.

Bu sözləri açıqlamasında Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə yığma komandasının baş məşqçisi Ruslan Əfəndiyev noyabrın 4-də Bakıda “Rizin” çərçivəsində keçiriləcək “Landmark 7” turnirinə həsr olunmuş mətbuat konfransından sonra deyib.

O, bildirib ki, yarışda iştirak edəcək bütün idmançılarımızın rəqibləri güclüdür: “Zəif rəqib, demək olar ki, yoxdur. Hazırlıq prosesi isə hələ davam edir. Sabah təlim-məşq toplanışı üçün idmançılarımızla birlikdə ABŞ-a gedəcəyik və məşqləri orada davam etdirəcəyik. Oktyabrın 13-də isə Vətənə qayıdacağıq”.

Qeyd edək ki, “Landmark 7” turniri Milli Gimnastika Arenasında təşkil olunacaq.

Xəbər 102 dəfə oxundu.