Bakıda keçiriləcək “Rizin” turnirinin biletləri satışa çıxarılıb
Noyabrın 4-də Bakıda “Rizin” çərçivəsində keçiriləcək “Landmark 7” turnirinin biletləri satışa çıxarılıb.

Bilet satışı yarışa həsr olunmuş mətbuat konfransında elan edilib.

Biletlərin qiyməti 50 və 350 manat arasında dəyişir.

Qeyd edək ki, “Landmark 7” turniri Milli Gimnastika Arenasında təşkil olunacaq.

Xəbər 98 dəfə oxundu.