AFFA Nadir Qasımovu ağır cəzalandırıb
AFFA Azərbaycan milli komandasının sabiq məşqçisi Nadir Qasımovu ağır cəzalandırıb. Buna səbəb hazırda I divizionda “Şuşa”nın baş məşqçisi olan çalışdırıcının “Lokomotiv”lə ev oyununun 85-ci dəqiqəsində hakimləri təhqir etməsidir.

Qasımov buna görə meydandan kənarlaşdırıldığı üçün AFFA-nın İntizam Komitəsinin bugünkü iclasında 5 oyunluq cəzalanıb, klubu 500 manat cərimələnib.

Qeyd edək ki, Qasımov vaxtilə 19 yaşlılardan ibarət yığmamızın baş məşqçisi olub.

Xəbər 966 dəfə oxundu.