Millimizin baş məşqçisi: Qələbəni kim daha çox arzulasa, o da qazanacaq
Ölkə xaricində bir neçə təlim-məşq toplanışı keçmişik və yarışlarda iştirak etmişik. Hazırlığımız olduqca yaxşı alınıb.

Bu sözləri qadın güləşçilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Semyon Şteref sentyabrın 16-dan 24-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu dəfə təkcə Mariya Stadnikdən deyil, Jalə Əliyeva və Elis Manolovadan da uğurlu nəticə gözləyir: “Bu, elə bir yarışdır ki, qələbəni kim daha çox arzulasa, o da qazanacaq. Amma idmançılarımız bu dəfə lisenziya qazanmasalar belə, digər turnirlərdə şansları olacaq”.

Xəbər 96 dəfə oxundu.