Azərbaycan Super Liqasının III turunu idarə edəcək hakimlərin adları açıqlanıb
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının III turunu idarə edəcək hakimlərin adları açıqlanıb. Turun mərkəzi matçı – “Bakı-Azəryol” – “Rabitə” qarşılaşması beynəlxalq dərəcəli referilərə həvalə edilib.

Sabah bat tutacaq oyunda Vüqar Cəfərov əsas, Konstantin Selin köməkçi hakim funksiyasını yerinə yetirəcək.

7 noyabr
III tur
15:00. “BAKI-AZƏRYOL” – “RABİTƏ”
Hakimlər: Vüqar Cəfərov, Konstantin Selin
Xətt hakimləri: İftixar Abdullayev, Elmin Abdullayev, Dilqəm Qəhrəmanov, Zaur Hacıyev

17:00. “AZƏRREYL” – “LOKOMOTİV BİLƏCƏRİ”
Hakimlər: Murad Abdurəhmanzadə, Eldar Zülfüqarov
Xətt hakimləri: Pərviz Mansimov, Rüstəm Cəfərov, Fikrət Axundov, Cəlil Cəlilov

19:00. “İQTİSADÇI” – “TELEKOM”
Hakimlər: Ceyhun İsmayılov, Səbuhi Əliyev
Xətt hakimləri: Emil Əmirxanlı, Fuad Hacıyev, Ruhid Xəlilov, Səməndər Eyvazov

Xəbər 883 dəfə oxundu.