“Sabah” Basketbol Klubu Serbiyada növbəti yoxlama oyununu keçirib
FIBA Avropa Kubokunun təsnifat mərhələsinə Serbiyada hazırlaşan "Sabah" Basketbol Klubu növbəti yoxlama oyununu keçirib.

Azərbaycan çempionu Serbiyanın yüksək liqasında çıxış edən "Radniçki" komandası ilə qarşılaşıb.

Görüş Bakı təmsilçisinin 81:82 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, “Sabah” klubu təlim-məşq toplanışındakı ilk sınaq matçında Serbiyanın digər təmsilçisi “Vrsac”a 57:62 hesabı ilə uduzub.

Xəbər 111 dəfə oxundu.