Qazaxıstan–Azərbaycan oyununun başlama saatı və məkanı açıqlanıb
Futzal üzrə DÇ-2024-ün elit-raund mərhələsində oktyabrın 11-də keçiriləcək Qazaxıstan–Azərbaycan oyununun başlama saatı və məkanı açıqlanıb.

Federasiyadan verilən məlumata görə, görüş Astana şəhərindəki “Jekpe-Jek Arena”da olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, bu arena 2019-cu ildə istifadəyə verilib. İdman qurğusunda bir neçə növ üzrə beynəlxalq yarışlar və festivallar keçirilib.

Xəbər 82 dəfə oxundu.