Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçiriləcək
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş şose velosipedinin qrup ötüşməsi üzrə həvəskarlar arasında “Sürətlə pedalla” adlı yarış keçiriləcək.

Federasiyadan verilən məlumata görə, sentyabrın 10-da baş tutacaq yarış Ağ Şəhər Bulvarı ərazisində təşkil ediləcək.

Start və finiş yeri Hərbi Qənimətlər Parkının qarşısında əks istiqamətdəki yolda olacaq.

Xəbər 151 dəfə oxundu.