Həmyerlimiz Cəbəllütariq boğazını üzərək keçib
Azərbaycan vətəndaşı Boris Nəcəfov sentyabrın 5-də Cəbəllütariq boğazını üzərək keçib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, idmançımız ümumilikdə 16,2 km məsafəni qət edib.

Həmyerlimiz bildirib ki, Cəbəllüttariq boğazında üzmə zamanı rəqiblər insanlar deyil, külək, dalğalar, soyuq su və Atlantik okeanından gələn güclü axındır: “Burada üzmək üçün hava şəraitini gözləmək lazımdır”.

Qeyd edək ki, B.Nəcəfovun iştirak etdiyi üzmə missiyası Avropanın və İspaniyanın cənub nöqtəsindən - Tarifa şəhərindən başlayır və Afrikada - Mərakeşdə başa çatır.

Xəbər 108 dəfə oxundu.