Vəli Qasımov : “İstefamın səbəbini uğursuz nəticələrlə əlaqələndirdilər”
“İstefamın səbəbini uğursuz nəticələrlə əlaqələndirdilər”. Bu sözləri AFFA-nın istefaya göndərdiyi 19 yaşadək futbolçulardan ibarət milli komandamızın sabiq baş məşqçisi Vəli Qasımov deyib.
Qasımov uğursuz nəticələrin işinə son verilməsinə səbəb olduğunu bildirib: “Seçmə mərhələdə qrupdan çıxa bilmədik və sonuncu olduq. Amma deməzdim ki, pis oynadıq. Nəzərə almaq lazımdı ki, çox ciddi rəqiblərə qarşı oynadıq. Bəxtimiz də gətirmədi”.
Qeyd edək ki, Vəli Qasımovu istefaya göndərən AFFA U-19-u Arif Əsədova tapşırıb.

Xəbər 976 dəfə oxundu.