XII tur tarixə “Qəbələ”nin Premyer Liqada yubiley 200-cü qolunu vurması ilə düşüb
XII tur tarixə “Qəbələ”nin Premyer Liqada yubiley 200-cü qolunu vurması ilə düşüb. Bu qarşılaşmayadək güclülər dəstəsində 183 oyuna 199 qol vuran “Qəbələ” “Neftçi” ilə matçda rəqib qapısından əvvəl 200-cü, sonra 201-ci topu keçirib. Yubiley qolunun müəllifi isə Lourival Assis olub.
“Qəbələ”nin bütün yubiley qolları
1-ci qol – 2006/07 mövsümü
Vüsal Qarayev – 11.08.2006. MKT-Araz (İmişli) – Gilan (Qəbələ) – 4:1
50-ci qol – 2007/08 mövsümü
Əli İsmayılov – 18.05.2008. Qəbələ – Masallı – 1:1
100-cü qol – 2009/10 mövsümü
Kənan Kərimov – 09.02.2010. Qəbələ – Turan (Tovuz) – 1:0
150-ci qol – 2011/12 mövsümü
Viktor Mendi – 11.09.2011. Qəbələ – Turan (Tovuz) – 2:1
200-cü qol – 2012/13 mövsümü
Lourival Assis – 03.11.2012. Qəbələ – Neftçi (Bakı) – 2:1
Premyer Liqada 7-ci mövsümünü keçirən “Qəbələ” qollarından 109-nu öz meydanında, 92-ni səfərdə vurub. Komandanın mövsüm üçün rekordu isə ötən mövsüm olub – 43 qol.
“Qəbələ”nin qolları mövsümlər üzrə
2006/07 – 17
2007/08 – 33
2008/09 – 28
2009/10 – 36 (təsnifatda 24+ “altılıq”da 12)
2010/11 – 31 (təsnifatda 19+ “altılıq”da 12)
2011/12 – 43 (təsnifatda 27+ “altılıq”da 16)
2012/13 – 13 (təsnifatda 13)
“Qəbələ”nin Premyer Liqada vurduğu 201 qola komandanın 54 üzvü imza atıb. Onların vurduğu 199 topla yanaşı daha 2 dəfə rəqib oyunçuları avtoqola üzülüblər. “Qəbələ”nin Premyer Liqada ən yaxşı bombardiri Deon Bartondur. “Neftçi” ilə oyunda 2-ci qolun müəllifi olan Luiz Paulo Hilario isə bombardirlər siyahısında 2-ci yerə şərik olub. Ən yaxşı 10 bombardir siyahısında isə 11 futbolçu var. Çünki 4 futbolçu eyni sayda qol vurub.
“Qəbələ”nin Premyer Liqadakı bombardirləri
1. Deon Barton – 15
2-4. Luiz Paulo Hilario – 11
Kənan Kərimov – 11
Vitali Balamestnı – 11
5. Yannik Kamanan – 10
6. Viktor Mendi – 9
7. Farzad Hatəmi – 8
8-11. Samir Zərgərov – 7
Kristian Torres – 7
Turnike Aptsiauri – 7
Tomaş Stolpa – 7
“Qəbələ” Premyer Liqadakı qollarından çoxunu Ramiz Məmmədovun baş məşqçiliyi dövründə vurub – 115. Toni Adams 43, Fatih Kavlak 38 dəfə komandanın qoluna sevinib. Faiq Cabbarov isə cəmi 5 dəfə belə hadisəyə sevinib.
Premyer Liqada 21 komanda ilə qarşılaşan “Qəbələ” bütün rəqiblərinin qapısından qol keçirə bilib. Daha çox qol vurulan 3 rəqibin hərəsinə 17 top vurulub. “Neftçi” ilə matçda daha 1 qol vurulacağı halda bakılılar da həmin 3-lüyə qoşulacaqdı.
“Qəbələ” qollarını kimə vurub?
Simurq (Zaqatala), Muğan (Salyan), Qarabağ (Ağdam) – hərəsinə 17
Neftçi (Bakı) – 16
Turan (Tovuz) – 15
Karvan (Yevlax), Xəzər Lənkəran – hərəsinə 13
İnter (Bakı), Bakı – hərəsinə 12
Gənclərbirliyi (Sumqayıt) – 11
MOİK (Bakı), Sumqayıt, AZAL (Bakı) – hərəsinə 9
Standard (Sumqayıt) – 8
Rəvan (Bakı) – 7
Kəpəz (Gəncə) – 5
Bakılı, ABN-Bərdə – hərəsinə 4
Şahdağ (Qusar), Masallı, MKT-Araz (İmişli) – hərəsinə 1

Xəbər 1023 dəfə oxundu.